• cümə, 29 Mart, 01:20
  • Baku Bakı 7°C

Matsarri “İnter”dən qovuldu, Mançini Bakıya gələcək

14.11.14 16:25 1246
Matsarri “İnter”dən qovuldu, Mançini Bakıya gələcək
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan İtaliya “İnter”i baş məşqçisiz qalıb. Məlumata görə, “neradzurra” Valter Matsarri ilə yolları ayırıb. Bu məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Milan təmsilçisi müvəqqəti olaraq, məşqçi Cüzeppe Bareziyə tapşırılıb. Baş məşqçi postuna isə Roberto Mançininin gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Mançini 2004-2008-ci illər ərzində “İnter”i çalışdırıb.
banner

Oxşar Xəbərlər