Ölüm cismin inqilabı deməkdir
"Sevdiyim
əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər
haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz dəyərlıi fikir adamı Fəxrəddin
Salimdir. Fəxrəddin bəyin sevdiyi əsər Hüseyn Cavidin "Şeyx Sənan” dramıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Hüseyn Cavidin "Şeyx Sənan” əsəri sizin sevdiyiniz əsərdir?
– Mənim üçün ümumiyyətlə, ürfani mövzuda yazılan hər bir əsər gizli bir doğmalıq hissi yaradır. Hüseyn Cavid isə, mənim üçün ümumiyyətlə, doğmadır. Mən onun bütün əsərlərini ən kiçik yaşlarımdan bəri oxuyuram. Ancaq "Şeyx Sənan” mənə elə uşaqlıdan bəri ən yaxın, ən məhrəm bir dram əsəri olaraq, təsir edir və bu təsir hələ də davam etməkdədir. Düşünürəm ki, bunun sirri və gücü təkcə Cavid əfəndidə deyil. Mövzu özü yüksək dərəcədə təsəvvüfi və ürfanidir. İlk dəfə bu əfsanəni qələmə alan Dünya təsəvvüf elminin və ədəbiyyatının yaradıcılarından biri olan Şeyx Fəridəddin Əttar Nişapuri olmuşdur. Bu həmin Şeyx Əttardır ki, böyük Mövlana Cəlaləddin Rumi "Məsnəvi”də yazırıdı:
Həft şəhri-eşqra Əttar gəşt,
Ma hənuz an dər xəmi yek kuçeyim – "Əttar eşqin yeddi şəhərini gəzib bitirdi, biz isə hələ onun əyri bir dalanındayıq”.
Mövlana kimi mütəsəvvüflər heç nəyi şişirtməz və heç zaman heç kim haqqında mübaliğə etməzlər. Əgər Əttar kimi bir kainat sütunu Şeyx Sənan haqqındakı qədim əfsanəni qələmə alıbsa, deməli, burada mətləb çox dərindir.
Şeyxi məhv oldu sanmayın, zinhar,
İştə qarşındayım sevimli Xumar!
Kim ki, eşq atəşiylə oldu hədər,
Onu yandırmaz öylə atəşlər...
Əbədiyyət mənim məzarımdır,
Çünki, sultani-eşq yarımdır!!!
– Klassik irfan ədəbiyyatı eşqi
ilahi ucalıqda görür. "Məhəbbətdir ən böyük din” deyən Cavid bu ideyaya nə
əlavə edir?
– Əgər Cavid haqqında bir mütəfəkkir olaraq, bəhs etsək, o zaman heç nə əlavə etməyib. Ancaq şair Cavid bu ideyanı tamam yeni bir dildə, yeni bir bəlağət və üslubda tərənnüm etmişdir. Bilirsiniz, ürfani məsələ, təsəvvüf ədəbiyatı deyilən nəsnə klassik Şərq kanonikliyi əsasında yaranır. Burada yazılmamış, ancaq hərəkət edən, yerdəyişən, kuantum sayağı qanunauyğunluqlar mövcuddur. Heç şübhəsiz Cavid bütün bunlara bələd idi. O, bir Şərq mütəfəkkiri idi. Bu cəhətdən onu öz müasirləri olan heç kəslə müqayisə etmək mümkün deyildir. Ancaq, sizin də dediyiniz kimi, Hüseyn Cavidin necə deyərlər, öz ürfani missiyası var idi.
Eşqdir əldən alan din ilə imanı, vəli,
Xəlqdən töhməti-bihudəni Sənan aparır...
Ümumiyyətlə, "Şeyx Sənan” kimi əsərləri sadəcə bir müəllifin əsəri kimi mütaliə etmək yanlışdır. Sənanı tanımaq üçün bütün Şərq müəlliflərini oxumaq lazımdır. Zira, elə bir şair, elə bir divan ədəbiyyatı nümunəsi tapmaq mümkün deyil ki, orada Sənanın, Məcnunun, Həllac Mənsurun, Züleyxanın, Vamiqin məhəbbətindən bəhs edilməsin. Ürfanın kökünü ürfanda axtarmaq gərəkdir. Qurban Səidin əsəri isə dünyəvi, bəşəri bir məhəbbətdən bəhs edir.
Mən fəqət hüsni-Xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm!
– Cavid öz qəhrəmanlarının məhəbbətini buta kimi təsvir edir. Sizcə, Cavid bu ideyaya – buta verilməsinə inanırdı, yoxsa bu sadəcə bir bədii üsul idi?
– Yox. Buta məsələsi bir inanc kateqoriyasıdır. Üstəlik bu ürfani məsələdir və təsəvvüfdə bu əsasən, Həzrət Əli tərəfindən aşiqlərə verilən eşq badəsidir.
Məncə, ölüm cismin inqilabı deməkdir...
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Hüseyn Cavidin "Şeyx Sənan” əsəri sizin sevdiyiniz əsərdir?
– Mənim üçün ümumiyyətlə, ürfani mövzuda yazılan hər bir əsər gizli bir doğmalıq hissi yaradır. Hüseyn Cavid isə, mənim üçün ümumiyyətlə, doğmadır. Mən onun bütün əsərlərini ən kiçik yaşlarımdan bəri oxuyuram. Ancaq "Şeyx Sənan” mənə elə uşaqlıdan bəri ən yaxın, ən məhrəm bir dram əsəri olaraq, təsir edir və bu təsir hələ də davam etməkdədir. Düşünürəm ki, bunun sirri və gücü təkcə Cavid əfəndidə deyil. Mövzu özü yüksək dərəcədə təsəvvüfi və ürfanidir. İlk dəfə bu əfsanəni qələmə alan Dünya təsəvvüf elminin və ədəbiyyatının yaradıcılarından biri olan Şeyx Fəridəddin Əttar Nişapuri olmuşdur. Bu həmin Şeyx Əttardır ki, böyük Mövlana Cəlaləddin Rumi "Məsnəvi”də yazırıdı:
Həft şəhri-eşqra Əttar gəşt,
Ma hənuz an dər xəmi yek kuçeyim – "Əttar eşqin yeddi şəhərini gəzib bitirdi, biz isə hələ onun əyri bir dalanındayıq”.
Mövlana kimi mütəsəvvüflər heç nəyi şişirtməz və heç zaman heç kim haqqında mübaliğə etməzlər. Əgər Əttar kimi bir kainat sütunu Şeyx Sənan haqqındakı qədim əfsanəni qələmə alıbsa, deməli, burada mətləb çox dərindir.
– Əsərdə hansı hissə və ya bədii
detal sizin üçün xüsusi əhəmiyyət daşıyır?
– Əsərin bütün hissələri mənim
üçün əhəmiyyətlidir. Çünki, dediyim kimi, əsərin mahiyyəti başdan-ayağa
təsəvvüfi eşqin macərasından bəhs edir. Ancaq mənim üçün kulminasiya, yəni
Şərqdə ifadə edildiyi kimi "övc nöqtəsi” Şeyxin canına qəsd edildiyi zaman onun
alovların içindən çıxaraq söylədiyi kiçik monoloqdur:Şeyxi məhv oldu sanmayın, zinhar,
İştə qarşındayım sevimli Xumar!
Kim ki, eşq atəşiylə oldu hədər,
Onu yandırmaz öylə atəşlər...
Əbədiyyət mənim məzarımdır,
Çünki, sultani-eşq yarımdır!!!
– Əgər Cavid haqqında bir mütəfəkkir olaraq, bəhs etsək, o zaman heç nə əlavə etməyib. Ancaq şair Cavid bu ideyanı tamam yeni bir dildə, yeni bir bəlağət və üslubda tərənnüm etmişdir. Bilirsiniz, ürfani məsələ, təsəvvüf ədəbiyatı deyilən nəsnə klassik Şərq kanonikliyi əsasında yaranır. Burada yazılmamış, ancaq hərəkət edən, yerdəyişən, kuantum sayağı qanunauyğunluqlar mövcuddur. Heç şübhəsiz Cavid bütün bunlara bələd idi. O, bir Şərq mütəfəkkiri idi. Bu cəhətdən onu öz müasirləri olan heç kəslə müqayisə etmək mümkün deyildir. Ancaq, sizin də dediyiniz kimi, Hüseyn Cavidin necə deyərlər, öz ürfani missiyası var idi.
– "Şeyx Sənan” müəllifinin klassik irfançılarla
fərqli və oxşar yaradıcılıq cəhətlərini nədə görürsünüz?
– Cavidin Sənanı bir başqadır.
Onun Peyğəmbəri də, Teymuru da başqadır. Cavid həm klassik idi, həm də
fenomenal bir şəkildə çağdaş idi. Həm paralel Türk ədəbiyyatı və onun
təsirləri, həm klassik Şərq divan ədəbiyyatının həm ənənəvi, həm də
qeyri-ənənəvi keyfiyyət daşıyıcılığı, həm XX əsrin gətirdiyi ruhani rabitə ilə
material gerçəklik arasında olan və tarixin heç bir dövründə görülməyən,
get-gedə dərinləşən uçurum, Qərbin mövcudiyyəti və Cavidin ümumbəşəri bilgiləri
"Şeyx Sənan”ı fərqli və cavidanə edir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi,
Cavidin əsərləri Şərq nəzirəçiliyinin önəmli və özünəməxsus bir parçasıdır. Hər
şeydən əvvəl nəzərə almaq lazımdır ki, Cavid Şeyx Əttarı iqtibas edib. Necə ki,
Füzuli, Nəvai, Dehləvi böyük Nizamini iqtibas etmişlər.– Əsərdə Xumarın atasının tələbiylə Şeyx Sənan
Quranı alovlara atmaq məsələsini necə izah edərdiniz? Həmin hadisə baş verməsə
də hər halda situasiya yaranır. Sizcə, XX əsrin əvvəlindəki fanatik müsəlman
mühiti üçün həddən artıq cəsarətli addım deyildimi? Bu günün hər hansı
dramaturqu buna cəsarət edərmi?
– Əvvəla, onu qeyd edim ki, bugünkü
dini fanatizmin həm səviyyəsizliyi, həm də aqressiyası heç də o dövrkündən geri
qalmır, əksinə, türklər demişkən "yobaz”lıqda o dövrü üstələyir. Mətləbə
gəlsək, Şeyx Sənanın Qurani-Kərimi oda atması və ya siz demişkən, bu
situasiyanın yaranmnası heç də zahiri bir şey deyil. Deyək ki, Cavid Qurana
"qıymadı”, bəs İslam şeyxinə necə donuz otarda bildi? Onun boynuna neçə xaç
asdıra bildi? Yox... bunlar zahiri mətləblər deyil. Hər şey batinidir burada.
Quranın yandırılması təriqət və mərifət məqamlarına adlayan bir salikin şəriəti
yandırması, ondan imtina etməsi anlamındadır. Lakin niyə yandırmadı? Mənə belə
gəlir ki, nəzəri baxımdan bu, Cavid əfəndi tərəfindən seçilmiş çox incə və düzgün
addımdır. Məsələ burasındadır ki, bu təsəvvüf İslam təsəvvüfüdür. Quran isə,
sadəcə şəriət ərbabı, yəni əvvam üçün nazil olmayıbdır. Belə olsaydı, şəriət
tərəfindən "kafir” adlandırılan böyük Hafiz Şirazi deməzdi: "Hər çe darəm, həme
əz dövləti-Quran darəm” – "Mənim nəyim varsa, hamısı Quranın dövlətindədir”. Məncə,
Cavid bu məqamda heç kimi, heç bir ictimai rəyi, fanatizmin üsyanını-filan
nəzərə almamışdı. Hüseyn Cavid bu qədər kiçilə bilməzdi. O, məhz kitabullahın
batini, yalnız aşiq və ariflər için məna kəsb edən ürfani qatını düşünərək, onu
"atəşə atmadı”.– Romantik məhəbbət daşıyıcıları olan Sənan və
Xumar onları təqib edən fanatiklərin təhdidindən qurtarmaq üçün finalda
özlərini qayadan atırlar. Həmin dövrdə yazılan "Əli və Nino” da isə
azərbaycanlı gənc ilə gürcü qızı Nino evlənirlər. Sizcə, Cavid haqlıdır, yoxsa
Qurban Səid?
– Bunlar başqa-başqa adamlar
və başqa-başqa düşüncə tərzləridir. Sənanla Xumarın intiharı irq və millət
basqısından deyildi ki... Bəs Leyli ilə Məcnun niyə qovuşmadı? Yusiflə Züleyxaya
illər boyu nə oldu? Yox. Bu ölüm dünyəvi həyatın gücü çatmayan, kütlə və ağılın
daşıya bilməyəcəyi bir eşqdir. Burada nə Sənan var, nə Xumar! Necə ki, böyük
Seyid Əzim Şirvani yazırdı:Eşqdir əldən alan din ilə imanı, vəli,
Xəlqdən töhməti-bihudəni Sənan aparır...
Ümumiyyətlə, "Şeyx Sənan” kimi əsərləri sadəcə bir müəllifin əsəri kimi mütaliə etmək yanlışdır. Sənanı tanımaq üçün bütün Şərq müəlliflərini oxumaq lazımdır. Zira, elə bir şair, elə bir divan ədəbiyyatı nümunəsi tapmaq mümkün deyil ki, orada Sənanın, Məcnunun, Həllac Mənsurun, Züleyxanın, Vamiqin məhəbbətindən bəhs edilməsin. Ürfanın kökünü ürfanda axtarmaq gərəkdir. Qurban Səidin əsəri isə dünyəvi, bəşəri bir məhəbbətdən bəhs edir.
– XX əsrin əvvəllərində Qafqaz
xalqları arasında milli ayrı-seçkilik və etnik qarşıdurma çox kəskinləşmişdi.
Sabir bu mövzuda "Beynəlmiləl” şeirini, Mirzə Cəlil "Kamança” və "1905-ci
ildə”, Nəriman Nərimanov "Bahadur və Sona” pyeslərini yazmışdı. Sizcə, Cavid
daha kəskin erməni-müsəlman münaqişəsini qoyub gürcü-Azərbaycan münaqişəsinə
əsər həsr etmişdi?
– Dediyim kimi, qətiyyən!
Cavidin heç bir zaman belə bir dərdi olmayıb. Necə ki, özü deyirdi:Mən fəqət hüsni-Xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm!
– Xalq dastanımız olan "Əsli və
Kərəm”də dini ayrı-seçkilik aşılmaz bir
uçurum kimi göstərilir. Bir-birini sevən müsəlman Kərəm və erməni Əsli bu
uçurumun alovlarına külə dönürlər. Əslinin, düymələri açılmır. Bu düymələri
Nərimanovun qəhrəmanı Bahadur və Cavidin qəhrəmanı Sənan da aça bilmir. Bu gün
də planetimiz dini ayrı-seçkilikdən od tutub yanan qaynar qazana bənzəyir.
Sizcə, məhəbbətin ən böyük din olduğunu insanlar nə vaxtsa başa düşəcəklərmi?
– Məhəbbət dini insan üçündür,
insanlar üçün deyil. Bəs, sizcə, əsrlər boyu Kərəmi anlamayan kütlə, bundan
belə nə anlayacaq?! Bədbəxtlik ondadır ki, bu günün gülməli millətçiliyi Kərəmi
Əsliyə qovuşdurmayanlara haqq verir! – Cavid bir qədər sonra
Gürcüstana baş verən inqilab hadisələrinə müraciət edərək "Dəli Knyaz” əsərini
yazacaqdı, sizcə, onun gürcü həyatına belə ardıcıl müraciətləri nədən irəli
gəlirdi?
– Bunlar Cavidinm ümumbəşəri
təfəkkür tərzindən, böyük düşünmək adətindən irəli gəliridi. Ancaq haqlısınız.
Cavid əfəndinin Gürcüstana münasibətində ayrı bir lirik ricət mövcuddur. Hələ
"Şeyx Sənan”ı yazmazdan öncə Tiflisə yaxın bir yerdə onun "Şeyx Sənan türbəsi
önündə” adlı bir şeiri dərc olunmuşdu – bilmirəm, bəlkə, bu əsər dramdan öncə
yazılıb. Ancaq hər halda Cavidin şimali Qafqaza romantik və semantik münasibəti
çox maraqlı və cəlbedicidir.– Sizcə, ədib öz qəhrəmanı
Sənanı niyə 30 yaşında təsvir edirdi? Bu yaş dövrü əsərdə təsadüfü xarakter
daşıyır, yoxsa?
– Bir daha qeyd edirəm ki, bu
əsər ulu Şeyx Əttara iqtibasdır. Üstəlik, bu mövzu məşhur bir Şərq dastanından
gəlir. Lakin qəhrəmanın məhz 30 yaşında təqdim olunması məncə, Həzrət İsanın
yaşı ilə, bir də dini hədislərə əsasən, bu yaş dövrünün cənnətdəki yaş dövrü
olduğu fikri ilə də bağlı ola bilər. Fəqət, mənim bu haqda başqa bir fikrim
var. Belə ki, Şeyx Əttar Nişapurinin başqa bir əsəri olan "Məntiqüt-Teyr”də
belə bir əhvalat nəql edilir ki, quşlar Qaf dağına qalxırlar ki, Simurğu
tapsınlar. Bir neçə min quşdan sadəcə bir ovuc quş gəlib Qafın təpəsinə çıxa
bilir. Lakin Simurğu tapa bilmirlər. Birdən quşlardan biri – Hop-hop quşu ayıq
çıxır və deyir: "Quşlar, heç saymısınız neçə quşuq?” Bəli, sayıb görürlər ki,
nə az, nə çox, 30 quş var burada. Məsələ burasındadır ki, fars dilində "si”
otuz, "mürğ” isə quş deməkdir. Yəni, Simurğ adlı ayrıca bir quş yoxdur. Mənada
isə, şiqlərin, ariflərin cəmi elə Allah deməkdir. Məncə, Cavid Sənana 30 yaş
verməklə bu kamillik zirvəsini təmsil etmişdir.– Cavid öz qəhrəmanlarının məhəbbətini buta kimi təsvir edir. Sizcə, Cavid bu ideyaya – buta verilməsinə inanırdı, yoxsa bu sadəcə bir bədii üsul idi?
– Yox. Buta məsələsi bir inanc kateqoriyasıdır. Üstəlik bu ürfani məsələdir və təsəvvüfdə bu əsasən, Həzrət Əli tərəfindən aşiqlərə verilən eşq badəsidir.
– Necə fikirləşirsiniz, atası
din xadimi olan, özü bir müddət məsciddə müəzzinlik edən Cavidin bu əsərinə
onun şəxsi həyatının təsiri olmuşdumu? Sizcə, Sənan obrazında Cavidin şəxsi
tərcümeyi-halından gələn hansı məqamlar var idi?
– Əlbəttə var idi. Lakin bu
şəxsi həyatdan çox ruhun taleyi, məfkurənin və bilginin gətirdiyi bəxtin və
qədərin nəticəsidir. Dostumun çox gözəl sözü vardı: "Bilgi taleyi dəyişdirir”.
– Əsərdə sanki başlanğıcla
sonluq bir-birinin məntiqi yekunu kimi verilir: Hələ ilk səhnələrdən birində
ortaya çıxan dərvişi – hər kəsin mənasız, yeməz, içməz, yaxın, uzaq bilməz adam
adlandırdığı adamı bircə Şeyx Sənan həqiqətən anlayır. Eynən sonda ruhları
qovuşan Şeyx Sənanla Xumarı yalnız vicdanı
kor olmayanların gördüyü kimi....
– Həmin o dərviş mənim bu
əsərdə ən sevdiyim və bağlandığım obrazdır. O dərviş Şəms Təbrizinin prototipi
kimi verilir. Sənan isə elə bil eynən Mövlanadır. O dərviş Sənana pirlik edir,
onun mürşidi olur. – Ədəbiyyatşünaslıqda uzun
müddət Şeyx Sənanın gözünə görünən xəyallar və əsərdə təsvir edilən yuxular
mürtəce romantizmin ünsürü kimi qələmə verilərək tənqid edilmişdir. Bu barədə
nə düşünürsünüz?
– Mən ədəbiyyatda və incəsənətdəki
cərəyan bölgülərin, xüsusilə də, sovetlər dönəmindəki bu təsnifatlanmanın tərəfdarı
deyiləm. Keçdi o dövrlər. Bu necə romantikadır ki, bu gün də yaşayır, sabah da
yaşayacaq. Ancaq hanı o realist əsərlər? Hanı kolxoz, hanı pambıq, hanı
komsomol poemaları? – Adətən, faciə adlanan "Şeyx
Sənan” əsərinin janr olaraq necə təsnif edilməsinin tərəfdarısınız? Faciə
ünsürü kimi qəbul edilən son, əslində, mənəvi təkamülünü tamamlamış salikin
labüd "son”u və ya qələbəsi deyilmi? Əsərə Məsud Əlioğlunun "Şeyx Sənan” faciəvi səhnələrdən həyata,
insana və azadlığa məhəbbət və ümid mahnısı oxuyur” fikri ilə yanaşmaq
mümkündürmü?
– Mənim bu barədə fikrim bir
az fərqlidir. "Şeyx Sənan” həqiqətən faciədir. Lakin bu faciə qəhrəmanların
deyil, onları əbədiyyətə qədər anlamayacaq olan cəmiyyətin, insanlığın
faciəsidir. – "Həqiqi aşiq heç bir dini
tanıya bilməz, belə ki, onun imanı məhəbbətin özüdür. Onu cəmiyyətdə tutduğu
mövqe də maraqlandırmır, çünki aşiqlikdən daha yüksək mövqe yoxdur”. Bu ideya
əsrlər boyu Şərq poeziyasının aparıcı motivlərindən biri olub. Onun ən gözəl
ifadə formasını biz "Mənim Tanrım
məhəbbətdir, sevgidir”, "Məhəbbətdir ən böyük din” söyləyən H.Cavid
yaradıcılığında görürük. Lakin məsələ ilahi və dünyəvi məhəbbətə gəlincə işlər
bir az qarışır. Bilirik ki, Cavid yaradıcılığı boyu ilahi eşqlə dünyəvi eşqi
ayırıb. Məsələn, "Afət” əsərində adi insani duyğuları, "Peyğəmbər”də isə əksinə
ilahi eşqin ən gözəl nümunəsini yaradıb. Bəs niyə məhz "Şeyx Sənan” əsərində
ilahi və insani eşq sinkretik şəkildə verilib. Pyesin təhkiyəsi sufi mənbələrdən
götürüldüyü üçünmü, yoxsa?...
– Eşqin ilahisi, insanisi
olmur. Əgər o məhəbbət eşq səviyyəsinə qalxırsa, deməli, burada təcəlla baş
verib. İnsani görünən obyekt İlahini təmsil edir. Məhz təcəlla və hüluldur
məhəbbəti istəkdən eşqə çıxaran qüvvət. – Əsərin əsas mənbəyi rolunu
oynayan əfsanədə Şeyx Sənan uçurumdan geri qayıdır və Kəbə ilə Rum eli
arasındakı bir ərazidə vəfat edir. Cavid isə bu motivi dəyişir: müəllifin Şeyx
Sənanı irəliyə, uçuruma atılır, alçalmaqla yüksəlir. Sizcə, müəllif bu motivlə
Şeyx Sənanın eybəcərlik və rəzalət dünyasından ölüm anında belə qaçışınamı
işarə etmişdir?
– Siz deyən məsələ də var.
Lakin, Hüseyn Cavidin özü kimi, onun qəhrəmanının ölümü də həyat yaradan
ölümdür. Necə ki, özü deyirdi:Məncə, ölüm cismin inqilabı deməkdir...
Söhbətləşdi: Fərid Hüseyn