“Lamborghini”ni ağaca çırpdı
PSJ-nin qapıçısı Martsin
Bulka qəza törədib.
Kaspi.az xəbər verir ki, qapıçının
idarə etdiyi "Lamborghini” yoldan çıxaraq ağaca çırpılıb. İlkin ehtimala görə,
Bulka idarəetməni itirib.
Qapıçı qəza nəticəsində
yüngül xəsarət alıb. Amma avtomobilə ciddi ziyan dəyib.
20 yaşlı qapıçı cari
mövsümdə PSJ-nin heyətində cəmisi 1 oyuna çıxıb. Fransa çempionatı koronavirusa
görə yarımçıq dayandırılıb və PSJ çempion elan edilib.