• cümə axşamı, 28 mart, 19:58
  • Baku Bakı 13°C

Kapellonu zibil hesab edir

06.09.19 13:15 696
Kapellonu zibil hesab edir
İngiltərə yığmasının sabiq futbolçusu Maykl Ouen italyan mütəxəssis Fabio Kapello barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ouen Kapellonun İngiltər yığmasındakı işini qiymətləndirib. O, italyan mütəxəssisi kəskin tənqid edib:
"Mən yığma karyeram Kapellonun ucbatından bitdi. Yeri gəlmişkən, başqa səbəbə görə, mən onu zibil hesab edirəm. Kapellonun başlığı altında ilk dəfə yığmanın düşərgəsinə gələndə gördük ki, o, yemək məsələsinə olduqca ciddi diqqət ayırır. Üstəlik, məlum oldu ki, o, ümumiyyətlə, ingilis dilində danışmır.
Bundan sonra sual verdim ki, o, bizimlə necə ünsiyyət quracaq. Kapello məni dərhal ehtiyat oyunçular skamyasında oturtdu. Amma ona qədər daim əsas heyətdə oynayırdım. Onda fikirləşdim ki, işlər qaydasında deyil.
O, təkcə mənim yığma karyerama zərər vurmadı, həm də İngiltərə yığmasının tarixində ən pis məşqçilərdən biri oldu. O, əsl zibil idi. Kapello İngiltərə futboluna böyük zərbə vurdu. Buna görə ona yaxşı pul da verirdilər”.
banner

Oxşar Xəbərlər