AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İngilislər istəyir, “Barsa” qiyməti salmır

İngilislər istəyir, “Barsa” qiyməti salmır

İdman
29 May 2020, 12:53 231
Müqavilə ilə "Barselona”ya məxsus olan, icarə əsasında "Bavariya”da çıxış edən Filippe Koutino klubunu dəyişə bilər.
 
Kaspi.az xəbər verir ki, "Bavariya” Koutinonun müqavilə hüququnu almaqdan imtina edib. Bunu nəzərə alan futbolçu İngilətərə Premyer Liqasına qayıtmağı planlaşdırır.
 
Onunla "Çelsi” və "Nyukasl” uzun müddətdir ki, maraqlanır. Artıq "Arsenal”, "Letser”, "Mançester Yunayted”in də futbolçu uğrunda mübarizəyə qoşulduğu deyilir.
 
Amma məsələ ondadır ki, "Barselona” futbolçu üçün tələb etdiyi qiymətdə güzəştə getmək niyyətində deyil. Kataloniyalılar ona görə 100 milyon avro tələb edirlər.
 
Koutino "Barsa”ya 2018-ci ildə "Liverpul”dan keçib. Onun transferi üçün 145 milyon avro ödənilib.