Həbib məşhur türk aşbazla görüşdü
UFC çempionu Həbib
Nurməhəmmədov məşhur türk aşbaz Burak Özdəmirlə görüşüb.
Kaspi.az xəbər
verir ki, Burak Həbibə aşbazlıq sənətinin xüsusi əsərini ithaf edib. Həbib
etiraf edib ki, çəkisinə nəzarət etmək üçün Burakdan məsləhət alıb:
"Çəki ilə
mübarizə apardığım vaxt, daim onun "instaqram” səhifəsini izləyirəm. Bu, çox
dadlıdır, sağ ol, qardaş. Sə n işinin peşəkarı və gözəl insansan”.
25 yaşlı Özdəmir
qeyri-adi böyük ölçüdə yeməklər hazırlayandan sonra məşhurlaşıb.