AZE | RUS | ENG |

Güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər

Güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ilin ən vacib yarışı Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu səbəbdən yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər.
Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start veriblər. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə Türkiyədə toplanışda iştirak edirlər. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.
Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299