• cümə axşamı, 28 mart, 22:44
  • Baku Bakı 13°C

Futbol üzrə Azərbaycan və Macarıstan millilərinin start heyətləri açıqlanıb

08.06.19 19:33 755
Futbol üzrə Azərbaycan və Macarıstan millilərinin start heyətləri açıqlanıb
"Avro 2020”nin seçmə mərhələsi çərçivəsində "Bakcell Arena”da qarşılaşacaq Azərbaycan və Macarıstan milli komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, meydana 4-3-3 sxemi üzrə çıxacaq millimizin start heyətində Səlahət Ağayev, Anton Krivotsyuk, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev (k), Dmitri Nazarov, Qara Qarayev, Riçard Almeyda, Ramil Şeydayev, Renat Dadaşov və Mahir Emreli yer alıblar.
Macarıstan seçməsinin heyətində isə meydana Peter Qulaşi, Mihali Korhut, Botond Barat, Villi Orban, Gerqo Lovrensis, Laslo Kleinheisler, Adam Naqi, Dominik Naqi, Dominik Sobozlai, Balaş Dzudsak (k) və Adam Szalai çıxacaqlar.
Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Hakimin start fitindən əvvəl UEFA-nın sabiq prezidenti, 1990-2007-ci illərdə bu quruma rəhbərlik etmiş Lenart Yohanssonun vəfatı ilə əlaqədar sükut dəqiqəsi elan olunacaq.
Azərbaycan millisi seçmə mərhələnin ikinci oyununda iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Həmin matç da "Bakcell Arena”da keçiriləcək.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə "Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.
banner

Oxşar Xəbərlər