• şənbə, 20 Aprel, 00:06
  • Baku Bakı 15°C

Əvvəlcə pul istədi, indi isə zorlamada ittiham edir

19.02.20 14:15 2612
Əvvəlcə pul istədi, indi isə zorlamada ittiham edir
"Breşiya”nın futbolçusu Mario Balotellidən 100 min avro tələb edən naməlum qız indi ona qarşı ittiham irəli sürüb.
Kaspi.az xəbər verir ki, yayılan məlumata görə, Balotelli həmin qızla onun 17 yaşı olanda görüşüb. Ancaq qız Marionu inandırıb ki, yetkinlik yaşına çatıb.
Onlar cinsi əlaqədə olandan sonra qız azyaşlı olduğunu bildirib və Balotellidən 100 min avro tələb edib. Amma Mario pulu ödəməkdən imtina edib. Qız isə polisə müraciət edərək Marionu zorlamada ittiham edib.
Hadisənin iki il əvvəl – Balotelli "Nitsa”da çıxış edərkən baş verdiyi bildirilir.
banner

Oxşar Xəbərlər