Erməniyə qalib gələn cüdoçumuz gümüş medal qazanıb

Erməniyə qalib gələn cüdoçumuz gümüş medal qazanıb

İdman
26 Sentyabr 2019, 17:42 224
Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.
Trend-in məlumatına görə, yarışların ikinci günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov mundialın gümüş medalını qazanıb. Cüdoçumuz Braziliya, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstan idmançılarına qalib gələrək finala çıxıb. Kamran həlledici görüşdə yaponiyalı Keiji Çujiokaya uduzaraq dünya birinciliyində 2-ci yeri tutub.
Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.