Deyir ki, Salahı mən satmamışam
Joze Mourinyo Məhəmməd
Salahın "Çelsi”dən "Roma”ya transferi barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Salah "Çelsi”dən "Roma”ya 2015-ci idə keçib. Həmin vaxt "təqaüdçülər”in
baş məşqçisi Joze Mourinyo idi. Amma Joze bildirib ki, Salahı "Roma”ya
satılmasında onun rolu olmayıb:
"Bu məsələ ilə
bağlı xeyli düzgün olmayan məlumatlar yayılıb. İnsanlar məni Salahı satan məşqçi
kimi təqdim etmək istəyirlər.
Ancaq mən onu
alan məşqçiyəm. Salahı "Bazel”lə oyunda bəyəndim və onun alınmasını istədim. Bizdə
Hazar və Villian olduğu halda, onun alınmasını təkid etdim.
Salahın "Romaya”
satılmasına gəlincə isə onu mən yox, klub satdı”.