Deyir ki, 4 “Qızıl top” verilməlidir

Deyir ki, 4 “Qızıl top” verilməlidir

İdman
16 Sentyabr 2019, 15:13 148
"Portu”nun qapıçısı İker Kasilyas hesab edir ki, "Qızıl top”la bağlı yeniliklər etmək lazımdır. 
 
Kaspi.az xəbər verir ki, Kasilyas mükafat verilməsi zamanı seçim etməyin çox çətin olduğunu deyib. O, "Qızıl top”un mövqelər üzrə verilməli olduğunu vurğulayıb: 
 
"Hesab edirəm ki, van Deyk ötən mövsüm ən yaxşı müdafiəçi idi. "Qızıl top”un verilməsi zamanı qərar bildirmək çox çətindir.
 
Ona görə də, düşünürəm ki, mükafat mövqelər üzrə verilməlidir. Ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçuya "Qızıl top” təqdim edilməlidir”. 
 
Kasilyas "Portu”da 2015-ci ildən çıxış edir.