Bu gün “Qəbələ” APOEL-lə qarşılaşacaq

Bu gün “Qəbələ” APOEL-lə qarşılaşacaq

İdman
02 Oktyabr 2019, 13:53 249
Bu gün UEFA Gənclər Liqasında təmsilçimiz "Qəbələ” ilk oyununu keçirəcək.
Trend-in məlumatına görə, Kiprin APOEL komandasına qarşı keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər idarə edəcək.
Görüş Nikosiyada "Makarion” stadionunda saat 18:00-da başlayacaq. Baş hakim Furkat Atacanov, Baş hakimin köməkçiləri Denis Labaşov və Sergey Kalaçov. Hakimlər briqadası Qazaxıstandandır.

Qeyd edək ki, "Qəbələ” - APOEL qarşılaşması UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunudur.