AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün futbol üzrə Azərbaycan çempionatının XIX turunun ikinci gününün oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan çempionatının XIX turunun ikinci gününün oyunları keçiriləcək

İdman
01 Mart 2020, 11:45 602
Martın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun ikinci gününün oyunları keçiriləcək.
AZƏRTAC Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, günün birinci matçı Zirə Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq. "Zirə” doğma meydanda "Qəbələ”ni qəbul edəcək. Oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək "Neftçi”-"Səbail” oyunu ilə yekun vurulacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 19-cu turun iki oyunundan sonra turnir cədvəlinə 42 xalla "Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan "Neftçi” ikinci, 30 xalı olan "Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt” (23), "Sabah” (20), "Zirə” (20), "Səbail” (19) və "Qəbələ” (13) yer alıblar.