Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

Bu gün Azərbaycan və Slovakiya yığmaları qarşılaşır

İdman
06 Sentyabr 2019, 10:45 243
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Trend-in məlumatına görə, yığmamız "Dalğa Arena”da, saat 20:30-da başlayacaq oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunun Baş hakimi Deyan Yakimovski, Baş hakimin köməkçiləri isə Nikola Karakolev, Kushtrim Lika, və İqor Stoychevskidir. Hakimlər briqadası Şimali Makedoniyadandır.