AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan millisi mübarizəyə başlayır

Azərbaycan millisi mübarizəyə başlayır

İdman
05 Sentyabr 2020, 14:30 224
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığmasını qəbul edəcək.
Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru Stefano Podeski (San-Marino), UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğlu olacaq.
Bu, baş məşqçi Canni De Byazinin millimizdə ilk sınağı olacaq.
Yığmamızın iki üzvü - Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın "Atromitos" klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Lüksemburq matçı saat 20:00-da başlayacaq. Görüş "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasını qəbul edəcək.