AZE | RUS | ENG |

Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb
İyunun 8-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.
Trend-in məlumatına görə, 2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verir.
İştirakçılar yarışlar ərzində "böyüklər”, "gənclər”, "yeniyetmələr”, "uşaqlar”, "balacalar” və "kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Akrobatlar isə "yeniyetmələr”, "uşaqlar” və "balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908