Azarın “Çelsi”nin “WhatsApp” qrupunda son mesajı

Azarın “Çelsi”nin “WhatsApp” qrupunda son mesajı

İdman
19 İyun 2019, 12:45 282
"Real”a keçən Eden Azarın "Çelsi”nin "WhatsApp” qrupunda yazdığı son mesaj məlum olub. 
 
Kaspi.az xəbər verir ki, bu barədə "Çelsi”nin futbolçusu Emerson məlumat verib: 
 
"Azarın son jesti "Çelsi”nin "WhatsApp” qrupunda yazdığı mesaj oldu. Bu, çox qəribə idi. O, belə yazdı: "Sağ olun, uşaqlar. Sizi sevirəm”. 
 
Bu mesajdan dərhal sonra ekranda yazıldı ki, Azar qrupu tərk etdi. Onda mən dedim: "Lənət şeytana, o, həqiqətən də gedir”. 
 
"Real” Azarın keçidi üçün 110 milyon avro ödəyib.