AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Oyunları ilə bağlı Bakıda atəşfəşanlıq olacaq

Avropa Oyunları ilə bağlı Bakıda atəşfəşanlıq olacaq

İdman
09 İyun 2014, 13:18 729
Trend-in məlumatına görə, Bakı Bulvarında Azərbaycanın tarixi Oyunlara ev sahibliyi etməsinin əsas mərhələsinə qədəm qoyması münasibətilə möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunların başlanmasına 1 il qalması - unudulmaz geriyə sayımın startı münasibətilə rəngarəng tədbir keçirilməsi planlaşdırılıb.

Tədbir saat 23:00-da başlayacaq və Bakı Bulvarında yerləşən Paraşüt qülləsində daha yaxşı əks olunacaq.