Alimentə görə bir-birlərini ələ saldılar

Alimentə görə bir-birlərini ələ saldılar

İdman
09 Sentyabr 2019, 13:45 257
"Zenit”in sabiq futbolçuları – Andrey Arşavinlə Vladislav Radimov sosial şəbəkədə zarafatlaşıblar. 
 
Kaspi.az xəbər verir ki, Arşavinlə Radimov alimentə görə bir-birlərini ələ salıblar. Andrey Rusiya və Qazaxıstan veteranları arasında keçirilən qarşılaşmadan sonra çəkilmiş şəkli paylaşaraq Azamat Ayxojinlə birgə oyunun ən yaxşısı üçün ayrılmış mükafata sahib çıxdığını qeyd edib. 
 
Radimov bu şəklə belə şərh yazıb: Sən həmişə kiminləsə bölüşürsən, ya da aliment ödəyirsən”.
 
Arşavin cavabında belə yazıb: "Mən bölüşmürəm, onlar özləri alırlar. Yeri gəlmişkən,  sən də bizim klubdasan Tatyana Bulanova (Radimovun keçmiş həyat yoldaşı) səni yandırır”.