Ali məqsədlərə xidmət etmək üçün xarakter lazımdır
Müsahibim "Computech” nəşriyyatının rəhbəri və
dizayneri, Serbiya Yazıçılar Birliyinin
beynəlxalq əlaqələr assosiasiyasının baş kordinatoru Milan Paniçdir. Milan bəy
Serbiya və digər ölkələrdə 500-dən çox kitabın dizayneri olub. Serbiyanın
ədəbiyyat aləmində aktiv iştirak edir, festivalların keçirilməsində böyük
zəhməti olan əsas əməkdaşlardan biridir.
– Nəşriyyatın daha çox maraq obyekti nədir? Yəni hansı prinsiplərə əsasən işləyir?
– "CompuTech" nəşriyyatı öz prinsiplərinə sadiq qalır. Amma hər zaman da başqalarının da fikirlərini və düşüncələrini dinləyir. Belə desək mümkünsə, müəlliflə ümumi bir razlığa gəlirik. Və biz bununla qızıl ortanı tapmağa çalışırıq.
– Serbiyada hansı müəlliflərin əsərlərini çap edirsiniz və kimlərə güzəştlər edirsiniz?
– Biz serb müəlliflərini serblərə yox, dünyaya tanıtmaq istəyirik. Onsuz da serbləri serblərə tanıtmaqla məşğul olan böyük sayda nəşriyyatlar var. Və eynən belə biri, düşünürəm ki, heç kimə lazım deyil. Biz serb yazıçılarını başqa dillərə tərcümə edirik, bəzən də üz qabığı dizaynını da hazırlayırıq. O əsərləri bizim əməkdaşlar çap edir. Biz daha çox başqa ölkələrin yazıçılarını tərcümə və çap edirik.
Söhbətləşdi: Xanım Aydın
–
Siz bir naşir kimi dünya poliqrafiyasındakı son yeniliklərə açıqsınızmı?
– Sözsüz ki, hər bir kəs beynəlxalq səviyyədə
işləməkdən ötrü çalışdığı sahənin yenilikləri ilə mütəmadi tanış olmalıdır.
Məsələn, mən kitabların dizaynı ilə məşğul olan bir adam kimi çalışıram ki, bu
haqda bütün yenilikləri öyrənim. Mümkün qədər tətbiq edim. Yeni stillər,
müəlliflərin seçimləri, arzuları, həmçinin də oxuculara maraqlı olan üz qabığı
dizaynı haqda daha çox bilgilər əldə etməyə çalışıram. Biz buna da daha çox
əhəmiyyət verir, bu cür məsələlərə çox böyük məsuliyyətlə yanaşırıq. – Nəşriyyatın daha çox maraq obyekti nədir? Yəni hansı prinsiplərə əsasən işləyir?
– "CompuTech" nəşriyyatı öz prinsiplərinə sadiq qalır. Amma hər zaman da başqalarının da fikirlərini və düşüncələrini dinləyir. Belə desək mümkünsə, müəlliflə ümumi bir razlığa gəlirik. Və biz bununla qızıl ortanı tapmağa çalışırıq.
– Serbiyada hansı müəlliflərin əsərlərini çap edirsiniz və kimlərə güzəştlər edirsiniz?
– Biz serb müəlliflərini serblərə yox, dünyaya tanıtmaq istəyirik. Onsuz da serbləri serblərə tanıtmaqla məşğul olan böyük sayda nəşriyyatlar var. Və eynən belə biri, düşünürəm ki, heç kimə lazım deyil. Biz serb yazıçılarını başqa dillərə tərcümə edirik, bəzən də üz qabığı dizaynını da hazırlayırıq. O əsərləri bizim əməkdaşlar çap edir. Biz daha çox başqa ölkələrin yazıçılarını tərcümə və çap edirik.
–
Bütün dünyada indi yüngül ədəbiyyat, belə deyək, bulvar ədəbiyyatı çoxalıb.
Serbiya ədəbiyyatında vəziyyət bəs necədir?
– İndi oxşar vəziyyət,
demək olar ki, hər yerdədir. Serblər də bundan kənarda deyil. Razılaşmaq
lazımdır ki, bu, indi dünya trendidir. Həyatda hər bir şeyin sonu olduğu kimi,
bu trendin də bir sonu var, əlbəttə ki. Ümumi
götürsək, əvvəllər çox böyük tənqidlərə tuş gələn, qadağan olunan çox
şey sonradan maraq doğurur. Lakin bu dalğada sözün əsl mənasında keyfiyyət də
olmasa uzağa gedə bilməzsən. Bir də ki zaman hansı əsərlərin gələcək nəsillərin
diqqətinə layiq olduğunu və həm də bunun səbəbinin də nə olduğunu mütləq
göstərəcək. Mən hər halda, həmin bu bulvar ədəbiyyatı, məşhur müğənnilərin,
aparıcıların, aktyorların avtobioqrafiyalarının uzun müddət oxucuların maraq
dairəsində qalacağına inanmıram. Hesab edirəm ki, bugünkü nəşriyyatların
qalmaqal yaradan, narahatlıq törədən, etiraz doğuran əsərlərdənsə, doğrudan da,
ruhlarda müsbət dəyişiklik yaradan əsərləri
ortalığa çıxartmaq üçün, zamanımızda yaşayıb-yaradan, gələcək
klassikləri axtarıb tapmaq üçün cəsarəti çatmır. Və bunu da əlavə edim ki, ali
məqsədlərə xidmət etmək üçün xarakter lazımdır.Söhbətləşdi: Xanım Aydın