• cümə, 29 Mart, 08:49
  • Baku Bakı 5°C

AFFA-nın prezidenti milli komandamızın üzvləri ilə görüşüb

05.09.20 17:15 855
AFFA-nın prezidenti milli komandamızın üzvləri ilə görüşüb
Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının Bakı Olimpiya Stadionunda açıq məşqi olub. Məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyəti ilə görüşüb.
AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Canni De Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Lüksemburq matçı saat 20:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər