AFFA məşhur irlanda təklif göndərib
"Mançester
Yunayted”in sabiq kapitanı Roy Kin Azərbaycan yığmasından təklif alıb.
Kaspi.az xəbər
verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Roy Kin 48 saat ərzində
AFFA rəhbərliyinə cavab verməlidir.
Məlumata görə,
hazırda televiziya eksperti kimi fəaliyyət göstərən Kinin məşqçiliyə qayıtmaq
niyyətinin olduğu bildirilir. Amma o, təklifi qəbul etməzdən əvvəl Azərbaycan
yığmasının potensialına bələd olmaq istədiyini bildirib.
Ola bilsin ki,
Kin, ümumiyyətlə bu amili nəzərə almasın. Məlumata görə, AFFA ona fantastik məbləğdə
məvacib vəd edib. Bu amil həlledici ola bilər.
Roy Kin məşqçi
kimi uğur qazana bilməyib. O, müxtəlif vaxtlarda "Sanderlend”, "İpsiviç” kimi
klubları çalışdırıb, İrlandiya yığmasında assistent olub.