• cümə, 19 Aprel, 04:38
  • Baku Bakı 18°C

144 futbolçunun ölkədən çıxışına qadağa

15.12.14 13:16 925
144 futbolçunun ölkədən çıxışına qadağa
İranda müxtəlif futbol komandalarının 144 futbolçusunun ölkədən çıxışına qadağa qoyulub.
Qol.Az-ın Fars xəbər agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə İran parlamentinin Konstitusiyanın 90-cı maddəsinin icrası üzrə komissiyasının sədr müavini Həmid Rəsayi deyib.
H.Rəsayi bildirib ki, həmin futbolçulara vergi borclarına görə ölkədən çıxmaq qadağan edilib: “Təkcə 6 tanınmış futbol klubu və onların oyunçularının 130 milyard tümən (48 milyon dollardan çox) vergi borcu var”.
Onun sözlərinə görə, futbol klubları barəsində korrupsiya halları və vergidənyayınma ilə bağlı şikayətlər var: "Biz onları araşdırırıq. İndiyədək digər ölkələrdəki oyunlarda iştirakı üçün klubların vasitəçiliyi ilə futbolçulara güzəştlər edilirdi, lakin bu, belə davam edə bilməz”.
İran Konstitusiyasının 90-cı maddəsinin tələbinə görə, hər kəs parlamentin, dövlətin, məhkəmə sisteminin işindən şikayətçi olarsa, yazılı formada öz şikayət ərizəsini parlamentə təqdim edə bilər. Komissiya parlament, dövlət və məhkəmə sisteminə aid şikayətlərə baxaraq onların həlli üçün həmin qurumlara müraciət edir və problem ictimai xarakter daşıyarsa, onda həmin məsələnin həlli ilə bağlı əhaliyə məlumat verir. (Trend.az)
banner

Oxşar Xəbərlər