Zelenski: “Ukrayna Ordusunun hücumunun vaxtı ilə bağlı qərar qəbul edilib”
Ali Baş Komandanın Qərargahının iclasında Ukrayna qoşunlarının hücum vaxtı ilə bağlı qərar təsdiqlənib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara axşam videomüraciətində bildirib. O, iclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının və əməliyyat bölmələri komandirlərinin məruzələrini dinləyib.
"Təkcə silah-sursatla təminat yox, yeni briqadaların təlimi deyil, taktikamız deyil, həm də vaxt. Ən vacibi budur. Necə hərəkət edəcəyimizin vaxtı. (Hücum-red) Edəcəyik. Qərarlar verilib".
Zelenski bildirib. Prezident təlim keçmiş hərbçilərə təşəkkür edib. O, həmçinin bildirib ki, hazırda aktiv fəaliyyət üçün müdafiəni gücləndirmək üçün tərəfdaşlarla birgə addımlar hazırlanır.
“Torpaqlarımızın tam azad edilməsinin, dəyərlərimizin tam qorunmasının alternativi yoxdur, olmayacaq”, - Zelenski vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq əks-hücum tədbirləri həyata keçirir. Daha sonra o, əks-hücumun bir hadisə deyil, Rusiya Federasiyasının müxtəlif istiqamətlərdə qoşunlarının məhv edilməsini əhatə edən bir sıra hərəkətlər olduğunu qeyd edərək, sözlərini izah etmək qərarına gəlib.