• şənbə, 24 Fevral, 20:50
  • Baku Bakı 5°C

"Yüz ilin sirləri" ekranlara qayıdır

18.03.23 16:45 812
"Yüz ilin sirləri" ekranlara qayıdır

Uzun fasilədən sonra "Yüz ilin sirləri" ekranlara qayıdır.

AzTV-də yayımlanacaq verilişdə tamaşaçıları keçmişə maraqlı, eyni zamanda, maarifləndirici virtual səyahət gözləyir. Hüseyn Cavadzadənin sözügedən müəllif layihəsində son 100 il ərzində Azərbaycan tarixində silinməz izlər qoymuş tanınmış şəxslərin həyat hekayələrinə yer veriləcək, onlar barədə heç yerdə eşitmədiyiniz məlumatlar açıqlanacaq, ilk dəfə görəcəyiniz kadrlar nümayiş olunacaq.

Martın 19-u saat 22:00-da AzTV-də efirə gedəcək "Yüz ilin sirləri"nin ilk buraxılışında görkəmli ictimai xadim, türkoloq, siyasətçi, jurnalist və pedaqoq Əhməd bəy Ağaoğludan bəhs olunacaq. Şuşada doğulmuş, Fransada təhsil almış perspektivli siyasi lider Vətəni niyə tərk edib? Zeynalabdin Tağıyevlə konfliktinin hansı gizlin tərəfləri var idi? Atatürkün ən yaxın ailə dostu niyə onun düşməninə çevrilib? İzləyicilər bütün bu suallara "Yüz ilin sirləri"ndə cavab tapacaq, Türkiyə, Fransa və Malta arxivlərindən eksklüziv fotolarla tanış olacaq, tədqiqatçıların dilindən Malta sürgününün, məxfi məktubların detallarını öyrənəcəklər.

Qeyd edək ki, çəkilişlər Bakı və İstanbulda aparılıb. "Yüz ilin sirləri"ndə TV-də ilk dəfə olaraq Ağaoğlunun nəticələri - Əhməd bəy Ağaoğlu və Ayşə Güvənin fikirlərinə də yer ayrılıb.

banner

Oxşar Xəbərlər