• cümə, 02 Oktyabr, 18:15
  • Baku Bakı 18°C

Turizm filmləri mükafatlandırılacaq

02.10.26 00:24 17
Turizm filmləri mükafatlandırılacaq

CIFFT Tourism Press Award 2026-nın münsiflər heyətinin tərkibində “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova da yer alıb.

CIFFT Tourism Press Award 2026 Beynəlxalq turizm müsabiqəsinin münsiflər heyətinin qiymətləndirmə mərhələsi başlayıb. 
Müsabiqədə dünyanın 23 ölkəsindən təqdim olunmuş 69 turizm filmi iştirak edir. Təqdim olunan işlər turizmin təbliği və destinasiyaların tanıdılması istiqamətindəki layihələri əhatə edir.

Münsiflər heyətinin ilk qiymətləndirmə mərhələsi oktyabrın 5-də bitəcək. Bu mərhələdə hər bir münsif təqdim olunan işləri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirəcək.

İlk mərhələnin nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 10 finalçı seçiləcək. Final mərhələsində münsiflər heyəti 3–10 oktyabr tarixlərində finalçıları yenidən qiymətləndirərək qalibi müəyyənləşdirəcək.

Müsabiqənin qaliblərinin oktyabrın 14-də elan olunacağı gözlənilir. Qaliblərin mükafatlandırılması isə dekabrda Mərakeşdə baş tutacaq.

CIFFT Tourism Press Award turizmin təbliği sahəsində yaradılan kreativ və yüksək keyfiyyətli audiovizual layihələri beynəlxalq səviyyədə tanıtmaq və qiymətləndirmək məqsədi daşıyır. Bu il beynəlxalq münsiflər panelində iştirak etmək üçün dəvət olunan ekspertlər arasında “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova da yer alıb. Əməkdaşımız artıq üçüncü ildir ki, nüfuzlu müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edir. 

banner

Oxşar Xəbərlər