çərşənbə, 01 Fevral, 23:51

Baku Bakı 6°C

Yeni sənədli film – “Növbəti stansiya 20 Yanvar”

icon 369 icon 20 yanvar 2023 | 16:00 Yeni sənədli film – “Növbəti stansiya 20 Yanvar”

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 20 Yanvar faciəsinə həsr edilmiş “Növbəti stansiya 20 Yanvar” adlı film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Kaspi.az-a bildirilib ki, “Kinoproqramlar redaksiyası”nın çəkdiyi sənədli film 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq ərsəyə gətirilib.

Sənədli filmdə “Bakı Metropoliteni” QSC-nin əməkdaşları çəkilib. Belə ki, 1990-cı ildə yanvar ayının 19-dan 20-nə keçən gecə metro işçiləri şahidi olduqları hadisələri yenidən xatırlayıblar, filmdə səsləndiriblər.

Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Nicat Nağızadə, ssenari müəllifi Afaq Əhmədova, layihənin rəhbəri isə Elnur Məmmədovdur.

Filmin çəkilişlərinin əksəriyyəti “20 Yanvar” metrostansiyasında aparılıb.

Ekran əsəri yanvarın 20-si saat 22:20-də AzTV-də yayımlanacaq.