• çərşənbə axşamı, 02 iyul, 12:37
  • Baku Bakı 29°C

Yeni metodik vəsait virtual şəkildə təqdim edilib

03.03.23 10:30 542
Yeni metodik vəsait virtual şəkildə təqdim edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika  şöbəsi  tərəfindən  azərbaycanlı nasir, dramaturq, ssenarist, Xаlq yаzıçısı Mövlud Süleymanlının 80 illik yubileyi münasibətilə hazırlanan  “Sevilən romanlar müəllifi - Mövlud Süleymanlı” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.                                                                                                                       
Vəsaitin I hissəsində  “Ədəbiyyatımızın öndər yazıçılarından biri” adlanan bölmədə Mövlud Süleymanlının  ədəbiyyatımıza olan  misilsiz xidmətlərindən,  onun yaradıcı  həyatından bəhs edilib. Vəsaitin II hissəsində isə unikal düşüncə sahibi, qələm-söz ustası Mövlud Süleymanlının yaradıcılığını  oxuculara daha yaxından tanıtmaq məqsədilə  kitabxanalarda,  orta və ali təhsil  müəssisələrində keçirilə biləcək  tədbirlərin planı təqdim edilib.
Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir. 

Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: 

 

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/sevil-n-romanlar-mu-llifi-movlud-suleymanli

banner

Oxşar Xəbərlər