• cümə, 29 Mart, 05:18
  • Baku Bakı 7°C

Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq

09.09.22 12:45 3008
Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq

Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Kaspi.az-a verilən məlumata görə, qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

banner

Oxşar Xəbərlər