• cümə, 19 Aprel, 06:02
  • Baku Bakı 13°C

XİN sözçüsü: “İrandakı səfirlikdə terrorda yaralanan iki nəfərin səhhəti qənaətbəxşdir”

06.02.23 16:20 770
XİN sözçüsü: “İrandakı səfirlikdə terrorda yaralanan iki nəfərin səhhəti qənaətbəxşdir”

“Azərbaycanın İrandakı səfirliyində terror aktı nəticəsində yaralanan iki nəfərin səhhəti qənaətbəxşdir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qurumun inzibati binasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, onlar həkim nəzarəti altında müalicələrini davam etdirirlər.

“Biz səfirliyimizin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsini həyata keçirdik. Növbəti addımların nələr olacağı ilə bağlı hər hansı bir qərar mövcud deyil. Terrroun mütəşəkkil şəkildə həyata keçirildiyi bütün sübutlardan açıq-aşkar görünür", - A.Hacızadə bildirib.

banner

Oxşar Xəbərlər