• cümə, 19 Aprel, 09:14
  • Baku Bakı 13°C

XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

29.03.23 09:00 598
XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, artıq İranın xarici siyasət idarəsinin rəhbəri Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Vurğulanıb ki, diplomatlar Ukrayna müharibəsini, Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üzrə görüşünün hazırlanması, “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkilini də diqqət mərkəzində saxlyacaqlar.

banner

Oxşar Xəbərlər