Xanım Aydının kitab təqdimatı keçiriləcək

Xanım Aydının yeni kitablarının təqdimat və imza günü keçiriləcək.
Kaspi.az xəbər verir ki, Bakı şəhəri Lev Tolstoy küçəsi 156 ünvanındakı "Misra Book Cafe"də baş tutacaq tədbirdə "İkimiz" və "Çamadan" adlı kitablar oxuculara təqdim olunacaq.
4 iyun 2022-ci il tarixdə saat 13:00-da keçiriləcək təqdimat mərasiminə giriş sərbəstdir.
