• şənbə, 05 Iyul, 22:41
  • Baku Bakı 26°C

Xanım Aydının imza günü keçirildi

06.06.22 15:13 1460
Xanım Aydının imza günü keçirildi

Yazıçı-şair Xanım Aydının “İkimiz” şeirlər və “Çamadan” hekayələr kitabının təqdimat və imza günü keçirildi. Kitab mərkəzlərindən birində  baş tutan təqdimatda bir çox sənət adamları, yazıçılar, şairlər, jurnalistlər, o cümlədən oxucular Xanım Aydına kitab imzalatdı, haqqında xoş sözlər söylədilər. Olduqca maraqlı və rəngarəng keçən tədbirdə İntiqam Qasımzadə, İlqar Fəhmi, Rəşad Məcid, Fərid Hüseyn, Zahid Sarıtorpaq, Vüsal Nuru, Mübariz Örən, “Kaspi” qəzetinin, “Oscar film production”un, “Azərbaycan” jurnalının və digər müəssisələrin kollektivləri iştirak edirdi. 
Qeyd edək ki, “İkimiz” kitabının redaktoru Fərid Hüseyn, “Çamadan” kitabının redaktoru İntiqam Qasımzadə, üz qabığının dizayneri Lalə Qasımovadır. 

 

Aygün

banner

Oxşar Xəbərlər