• cümə, 19 Aprel, 04:15
  • Baku Bakı 18°C

Xalq yazıçısına aid metodiki vəsait təqdim edilib

20.02.23 11:15 1093
Xalq yazıçısına aid metodiki vəsait təqdim edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə hazırlanan “Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

“Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Vəsaitin II hissəsində isə metodik köməklik məqsədilə yubliyarla bağlı kitabxanalarda, orta və ali təhsil  müəssisələrində keçirilə biləcək  tədbirlərin planı təqdim edilib.

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr  ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir. 

Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: 

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/muq-dd-s-soz-s-n-t-ocaginin-nurlu-varisi-elcin-f-ndiyev

banner

Oxşar Xəbərlər