• cümə axşamı, 28 mart, 15:42
  • Baku Bakı 16°C

Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil olunacaq

20.05.23 17:15 692
Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil olunacaq

Mayın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Opera Studiyasının konsert salonunda Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.

Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir. Bu gün dünyanın bir çox ölkələrində onun əsərləri böyük tirajla çap edilərək, satılır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

banner

Oxşar Xəbərlər