çərşənbə, 01 Fevral, 23:11

Baku Bakı 6°C

Uqanda tarixdə ilk dəfə neft hasilatına başlayır

icon 175 icon 24 yanvar 2023 | 18:35 Uqanda tarixdə ilk dəfə neft hasilatına başlayır

Uqandada tarixdə ilk dəfə olaraq neft qazma qurğusu işə salınıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Monitor” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hasilat ölkənin Qərb regionunda, Hoima və Kikuube dairələrində yerləşən “Kingfişer” neft yatağında başlayıb. Bu yatağın ehtiyatlarının işlənməsinin Uqanda iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcəyi bildirilir.

Uqandanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi “Kingfişer” yatağının Albert gölünün cənubunda yerləşdiyini qeyd edib.

Xatırladaq ki, Avstraliyanın “Hardman Resources” şirkəti bir neçə il əvvəl Albert gölü bölgəsində neft ehtiyatlarının olduğunu təsdiqləmişdi.