• çərşənbə axşamı, 02 iyul, 12:44
  • Baku Bakı 29°C

"Unudulmaz əsərlər müəllifi -Salam Qədirzadə"

14.02.23 16:45 894
"Unudulmaz əsərlər müəllifi -Salam Qədirzadə"

 F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən 
Salam Qədirzadənin 100 illik yubileyi münasibətilə hazırlanan  “Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə” - adlı metodik vəsait virtual rejimdə  istifadəçilər üçün təqdim edilib.
“Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə”- Metodik vəsaitin I hissəsində yazıçı Salam Qədirzadənin ədəbiyyatımıza olan  misilsiz xidmətlərindən, onun dolu-dolu yaradıcı həyatından bəhs edilir. II hissədə isə metodik köməklik məqsədilə Salam Qədirzadənin  yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.
Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir. 

Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz:

https://bit.ly/3E6xPJP

banner

Oxşar Xəbərlər