• çərşənbə axşamı, 02 iyul, 12:42
  • Baku Bakı 29°C

Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunan tədbir keçirilib

07.03.23 12:30 644
Ümummilli Liderimiz Heydər Əliyevə həsr  olunan tədbir keçirilib

Martın 6-da Respublika Uşaq Kitabxanasında Qobu  qəsəbəsi 1 saylı orta məktəblə birgə “Biz Heydərçilərik” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətlərdən bəhs edilib.

Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir.

Daha sonra məktəblilərin ifasında Vətənimiz Azərbaycana, Ümummilli Liderimiz Heydər Əliyevə,  onun Vətən sevgisinə həsr olunmuş şeirlər, Ulu Öndərimiz haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri maraqlı fikirlər, eyni zamanda H.Əliyevin özünün tarixə düşmüş qızıl kəlamları, nəsihətamiz sözləri səsləndirilib. Tədbir məktəblilərin təqdimatında hazırlanmış, dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb.

Sonda şagirdlərə kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı  uşaq jurnalı hədiyyə olunub.

banner

Oxşar Xəbərlər