• cümə, 29 Mart, 11:33
  • Baku Bakı 5°C

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

10.05.22 16:30 1375
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

 Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən əbədiyaşar liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla yad olunub.

Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgiyə baxış keçirilib. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri, həmçinin Bərdə rayonuna səfərlərini özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verilib. 

Sonra Bərdə rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalandığını diqqətə çatdırıb.

Tədbir mədəniyyət mərkəzi tərəfindən təşkil olunmuş rəngarəng konsert proqramı ilə davam edib.

Qeyd edək ki, regional idarənin tabeliyində olan bütün mədəniyyət müəssisələri tərəfindən Ulu Öndərin anadan olmasının 99-cu ildönümü geniş silsilə tədbirlərlə qeyd edilir.

banner

Oxşar Xəbərlər