• cümə, 29 Mart, 04:52
  • Baku Bakı 7°C

Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq

13.08.22 13:30 854
Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-dən sonra hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc edilmiş qanun layihəsinin mətnində yer alıb.

Təqdim olunan qanun layihələrinə əsasən, Ukraynada hərbi vəziyyətin avqustun 23-ü saat 05:30-dan 90 gün müddətinə uzadılması təklif edilir. Ümumi səfərbərlik eyni müddətə uzadılacaq.

Belə ki, onlar Ali Rada tərəfindən təsdiqlənərsə, hərbi vəziyyət və səfərbərlik ən azı 2022-ci il noyabrın 21-dək qüvvədə olacaq.

banner

Oxşar Xəbərlər