• şənbə, 20 Aprel, 12:11
  • Baku Bakı 23°C

Ukrayna səfiri Cümhuriyyətin qurulması barədə: “Azərbaycan xalqının ən parlaq səhifələrindən biridir”

28.05.23 13:15 875
Ukrayna səfiri Cümhuriyyətin qurulması barədə: “Azərbaycan xalqının ən parlaq səhifələrindən biridir”

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə o feysbukda paylaşım edib. “Dost Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edirəm! Məhz bu gün, düz 105 il əvvəl müstəqil Azərbaycan Demokratik Respublikası elan olunmuşdur. Bu hadisə Azərbaycan xalqının tarixində ölkənin birliyinə, eləcə də müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasına işarə edən ən parlaq səhifələrdən biridir. Azərbaycan Demokratik Respublikası o dövrün bir çox qabaqcıl təcrübəsinin əsasını qoymuş, bəzi ölkələrlə, o cümlədən Ukrayna ilə diplomatik əlaqələr qurmuşdur.

Müasir Azərbaycan öz əcdadlarının uğurlarını dəfələrlə artırmış, apardığı uğurlu daxili və xarici siyasət sayəsində beynəlxalq aləmdə öz mövqelərini inkişaf etdirir və möhkəmləndirir. Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram!”, - paylaşımda qeyd olunub.

banner

Oxşar Xəbərlər