şənbə, 13 Avqust, 20:11

Baku Bakı 33°C

Ukrayna Prezident Ofisi: “Rusiyanı birgə səylə dayandırmaq lazımdır”

icon 201 icon 27 may 2022 | 17:40 Ukrayna Prezident Ofisi: “Rusiyanı birgə səylə dayandırmaq lazımdır”

“Rusiyanı birgə səylə dayandırmaq lazımdır”.

Kaspi.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Bu gün dünya iqlim dəyişikliyindən, ekzoplanetlərin axtarışı haqqında danışa bilər. Əvəzində isə şəhərlərin dağıdılması, qadınların zorlanması, taxılın oğurlanması barədə müzakirələr gedir. Sanki Çingiz xanın zamanında yaşayırıq. Bunun səbəbi Rusiyanın Avropanın mərkəzində bütün xalqı qırmaq barədə qərar qəbul etməsidir. Rusiya Avropada kasıblıq, Asiyada aclıq yaradır”, - M.Podolyak qeyd edib.

M.Podolyak həmçinin yazıb ki, bu, Ukrayna yox, bütün dünya nizamının qorunması məsələsidir.