• bazar, 22 Dekabr, 08:56
  • Baku Bakı 8°C

SOCAR - ICIEC əməkdaşlığı müzakirə edilib

09.09.23 00:00 10382
SOCAR - ICIEC əməkdaşlığı müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf İslam ICIEC-in baş icraçı direktoru Ussama Kayssi ilə keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycan və İsDB arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu xüsusda ötən il ölkəmiz tərəfindən “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Təsis Müqaviləsi”nin təsdiq edildiyi məmnunluqla qeyd edilib.

Görüş çərçivəsində SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri, şirkətin uzunmüddətli korporativ strategiyası, bu istiqamətdə görülən işlər və gələcək hədəflər barədə məlumat verilib. Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər