şənbə, 25 Mart, 00:01

Baku Bakı 10°C

Türkiyə yeni pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib

icon 372 icon 10 yanvar 2023 | 15:45 Türkiyə yeni pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, PUA-nın 8000 fut yüksəkliyə qaldırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

Bu ildə istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir.

Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini yerinə yetirir.