• çərşənbə axşamı, 10 dekabr, 15:40
  • Baku Bakı 7°C

Turizm İnformasiya və Dəstək Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb

08.12.22 13:00 9629
Turizm İnformasiya  və Dəstək Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb

"Ölkəyə gələn turistlər artıq hər hansı çətinliklə üzləşərlərsə və ya hər hansı məlumat əldə etmək istəyərlərsə, Turizm Çarğı Mərkəzinə müraciət edə bilərlər.

Kaspi.az xəbər verir ki, Azərbaycan Turizm Sammitində layihənin hələlik pilot mərhələdə olduğu qeyd edilib. Vahid əlaqə mərkəzi vasitəsilə turist müraciətlərinin qəbulu, baxılması, cavablanması üçün təşkil olunub. "Əsas fəaliyyət istiqaməti turistlərin turistik fəaliyyət mahiyyətli suallarının cavablandırılması, istehlakçı hüquqları ilə bağlı suallara cavabların verilməsi və təlimatlandırma, sağlamlıq və təhlükəsizlik kimi ictimai xidmətlərlə bağlı müraciətlərin əlaqələndirilməsi nəzərdə tutulur". 

Turistlər 848 qısa nömrəsinə zəng vurmaqla Çarğı Mərkəzi İlə əlaqə yarada bilərlər. 

Pilot layihə ilkin olaraq səhər 09.00 dan 18.00-dək fəaliyyət göstərəcək. Gələcəkdə turistlərin ehtiyacları nəzərə alınaraq saatın vaxtı uzadıla bilər.

banner

Oxşar Xəbərlər