Turistlərin ən çox ziyarət etdiyi Təbiət muzeyi və Qaranlıq Kanyon - FOTOLAR
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycandan olan bir qrup jurnalist qardaş ölkədəki səfər çərçivəsində Ərzincanda olublar.
Kaspi.az xəbər verir ki, jurnalistlər Kemaliyə qəsəbəsində yerləşən Kemaliye Hacı Ali Akın Yüksək Məslək Məktəbində olublar.
Məktəbin binasında yerləşən professor Ali Demirsoy Təbiət Tarixi Muzeyi barədə məlumat verilib. Qeyd edilib ki, 1600 müxtəlif növ heyvanların, böcəklərin, eləcə də bölgəyə məxsus mineral daşların nümunələri muzeydə sərgilənir. Kemaliye qəsəbəsində jurnalistlər həmçinin Qaranlıq Kanyonunda (yarğanı) olublar. Jurnalistlər Qarasu çayı boyunca qayıq vasitəsilə Kara Kanyonda gəzinti ediblər.
Xatırladım ki, Azərbaycanla yanaşı, Qırğızıstan, Qazaxıstan, Serbiya, Moldova, Bosniya, Bolqarıstan, Ruminiyadan olan jurnalistlər, bloqerlər də səfərdə iştirak edir.
Bəxtiyar Məmmədli