• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

Tom Kruz bir neçə yeni layihə üzərində çalışır

10.08.22 09:45 985
Tom Kruz bir neçə yeni layihə üzərində çalışır

Hollivud ulduzu Tom Kruz və rejissor Kristofer MakQuarri birgə əməkdaşlığı davam etdirmək niyyətindədirlər və ən azı üç yeni layihəni tamaşaçılara təqdim etməyə hazırlaşırlar.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə rejissor Kristofer MakQuarri məlumat verib. “Tom Kruzun yeni layhələrindən biri də “Uğursuzluq əsgərləri” filmindəki Les Qrossman obrazı olacaq. Bu, təhdid və şantaj yolu ilə problemləri həll etməyə öyrəşmiş, xasiyyətsiz studiya rəhbəridir”.

Qeyd edək ki, “Top Gun: Meverik” filminin dünya üzrə 1,3 milyard dollardan çox gəlir əldə edərək, aktyor Tom Kruzun karyerasının ən çox gəlir gətirən filmi olması “Paramount” studiyasının bu yeni layihəni gündəmə gətirməsinə təkan verib. Hələ ki, yeni layihələr barədə tam olaraq heç bir məlumat verilməyib.

banner

Oxşar Xəbərlər