cümə axşamı, 07 dekabr, 17:42

Baku Bakı 12°C

Ötən sutka Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb

icon 2441 icon 08 aprel 2022 | 16:38
Ötən sutka Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 867, bu günə qədər isə ümumilikdə 6 735 182 test icra olunub.