• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

Tbilisidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub

25.05.22 14:15 487
Tbilisidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub

ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyət, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

N.Samxaradze bildirib ki, ATƏT PA-nın xüsusi nümayəndəsi Tbilisinin Qafqazda sülh təşəbbüsü barədə məlumatlandırılıb və Gürcüstanın bu prosesdə iştirakına hazırlığı ifadə olunub.

banner

Oxşar Xəbərlər